Erməni əsgərlərini kim öldürür?

Erməni əsgərlərini kim öldürür?


Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında bir-birini təkzib edən fərqli rəqəmlər açıqlamağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.

Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da bu, cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stress ucbatından baş verən ölüm hallarıdır.

Qeyd edək ki, ötən gecə güllə yarası almış 20 yaşlı müddətli hərbi qulluqçu Gevork Aşotoviç Mqdesyan və müqavilə ilə hərbi xidmətdə olan Qraç Samveloviç Muradyan dünyalarını dəyişiblər. Yayılan məlumatlarda həmin hərbçilərin bir-birinə atəş açdığı deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...