Sabah havanın temperaturu 24 dərəcəyə qalxacaq

Sabah havanın temperaturu 24 dərəcəyə qalxacaq


Aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 17-22, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında
Aprelin 13-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 13-14-də Abşeron yarımadasında gözlənilən mülayim yaz havası meteohəssas insanlar üçün əlverişlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...