Nərimanov gəncləri arasında hərbi oyunlar təşkil olunub - FOTOLAR

Nərimanov gəncləri arasında hərbi oyunlar təşkil olunub -


“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilmişdir.

GUNDEMİNFO.AZ-a İcra Hakimiyyətindən verilən məlumata görə Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin birgə təşkilatçılığı ilə 12 aprel 2016-cı il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilmişdir.

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 nəfər məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 212 saylı məktəbin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 82 saylı məktəbin komandası layiq görülmüşlər. Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, kubok və medallar ilə təltif olunmuşlar.Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.


Nərimanov gəncləri arasında hərbi oyunlar təşkil olunub -
Nərimanov gəncləri arasında hərbi oyunlar təşkil olunub -
Nərimanov gəncləri arasında hərbi oyunlar təşkil olunub -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...