"Hamı ömür boyu vəzifədə olmayıb ki..." - Hicran Hüseynova

"Hamı ömür boyu vəzifədə olmayıb ki..." -


“Komitə sədri kimi regionlarda vətəndaşlarla görüşlərimiz olur. Hansı regionda oluramsa, ilk növbədə həmin rayonun icra hakimiyyətindən məşğulluqla bağlı siyahı alıram. Elə rayon yoxdur ki, boş iş yeri olmasın. Hamısında boş iş yerləri var”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, qəbula gələnlərin bir çoxu işsizlikdən şikayət edir: “Vətəndaşlar bu iş yerləri ilə qane olmaq istəmirlər. Bəziləri deyir ki, bəs orada işləyə bilmərəm, böyrəyim, başım ağrıyır və s. Nədən belə cavan yaşında özünüzü xəstəliyə vurursuz?. Bu gün cəmiyyətdə bir tərəfdən dilənçilik, digər tərəfdən isə məsuliyyətsizlik var. Yaşlı ana 35 yaşında oğlunu əlindən tutub, qəbula gətirir ki, oğluma bu günə qədər iş tapa bilmədiyim üçün utanc hissi keçirirəm. Həmin anadan otaqdan çölə çıxmasını xahiş etdim. Həmin oğlanı tənbeh etdim. Utanmırsan yaşlı ananı ora bura çəkirsən. Hamı ömürboyu vəzifədə olmayıbki? Nədənsə işə başlamaq lazımdır. Öz gücüvə, bacarığıva görə hansısa işdən başlamalısan. Ailədə uşağa məsuliyyətli olmağı öyrətməliyik və gələcəkdə onlara cəmiyyətdə öz gücünə güvənməyi aşılamalıyıq”-deyə komitə sədri vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...