Nazir supermarket rəhbərlərini qəbul etdi

Nazir supermarket rəhbərlərini qəbul etdi


İqtisadiyyat naziri Ş.Mustafayev və Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri ilə ölkənin iri supermarket şəbəkələrinin rəhbərləri arasında görüş keçirilibdir

Dünyada baş verən iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatına da öz təsirini göstərir.

Lakin ölkə prezidenti tərəfindən ardıcıl həyata keçirilən düzgün düşünülmüş və məqsədyönlü siyasət nəticəsində sahibkarlara yaradılmış münbit şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iş adamlarını daha böyük zərərlə üzləşməsinin qarşısını alıbdır. Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliyinin qorunub saxlanılması, baş vermis iqtisadi böhranın fəsadlarının minimuma endirilməsi istiqamətində həyata keçirilən müxtəlif Dövlət Proqramları və özəl sektora tətbiq olunan müxtəlif güzəştlər ölkə rəhbərinin sahibkarlara xüsusi diqqətindən xəbər verir.

Son zamanlar pərakəndə ticarət sektorunda yaranmış çətinliklərlə bağlı ölkədə fəaliyyət göstərən iri supermarketlər şəbəkələrinin adından Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevə ünvanladığımız müraciətimizə nazirlik tərəfindən qısa bir zamanda reaksiya verilibdir.

19 aprel tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev və Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri ilə ölkənin iri supermarket şəbəkələrinin rəhbərləri arasında görüş keçirilibdir. Görüşdə İqtisadiyyat naziri sahibkarların hər birini dinləmiş, onların qarşılaşdıqları çətinliklər ilə maraqlanıbdır. Nazir bildirilibdir ki, daxil olmuş müraciət diqqətdə saxlanılır, qeyd olunmuş məsələlər nəzərdən keçirilir. Cənab nazir həmçinin qeyd etmişdir ki, özəl sektorun inkişafı, sahibkarlığa dəstək daim cənab Prezidentin diqqət mərkəzindədir və dövlət qayğısı ilə əhatə olunmaqdadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...