RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNİN TƏDBİRİ FOTOLAR

RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNİN TƏDBİRİ


19 aprel 2016-cı il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq Gəncə Dövlət Universitetinin bir qrup müəllim və tələbələri, universitetin və Riyaziyyat-İnformatika fakültəsinin rəhbər işçiləri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə olmuşlar. GUNDEMINFO.AZ-a daxil olan məlumata görə məktəbdəki səliqə-sahman, nizam-intizam, texniki təchizat xüsusilə diqqəti cəlb etmişdir. Əməkdaşlar əsasən informatika kabinetlərinə baş çəkmişlər. Dörd kabinetin hər birinə 15-20 kompyüter qoyulmuş , eyni zamanda dərslərin daha keyfiyyətli tədrisi üçün lazımi avadanlıqlarla təmin edilmişdir.

Məktəbdə universitetin pedaqoji təcrübədə olan tələbələrinə xüsusi qayğı ilə yanaşılır. Onlar üçün ayrıca otaq ayrılmış, gələcəyin qabiliyyətli müəllimləri kimi yetişmələrinə kömək edəcək lazımi şərait yaradılmışdır. Tələbələr də böyük həvəslə məktəbin bütün ictimai işlərində iştirak edir, lazım olan köməkliyi əsirgəmirlər.

Məktəblə qısa tanışlıqdan sonra İnformatika müəllimliyi ixtisasının III kurs tələbəsi Çiçək Quliyevanın sınaq dərsi dinlənildi.Tələbənin dördüncü sinifdə informatika fənni üzrə “Mətnli şəkillər” mövzusunda keçdiyi sınaq dərsi xüsusi diqqətə səbəb oldu.Proyektordan, slaydlardan istifadə, dərsə verilən müasir tələblərə diqqət, mövzunun şagirdlər tərəfindən mənimsənilməsi üçün seçilmiş üsullar gələcəyin layiqli mütəxəssisinin yetişəcəyinə böyük inam yaratdı. Müzakirə zamanı cüzi nöqsanlara baxmayaraq Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədovun, Ümumi işlər üzrə prorektor Coşqun Qurbanovun, Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədovun, Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri dosent Allahverdi Quliyevin, dosent Gülmira Verdiyevanın, metodist müəllim Sevinc
Ourbanovanın çıxışlarında bu nikbinlik bir daha özünü göstərdi.

Tələbənin sınaq dərsi qənaətbəxş qiymətləndirildi.


RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNİN TƏDBİRİ
RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNİN TƏDBİRİ
RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNİN TƏDBİRİ
RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNİN TƏDBİRİ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...