Səyyar qəbul-görüşlər keçirilir, problemlər yerindəcə həll olunur -

Səyyar qəbul-görüşlər keçirilir, problemlər yerindəcə həll olunur -


Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş İlxıçılar kəndində olmuşdur. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etmişlər.

Əvvəlcə Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Bildirmişdir ki, Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəlik Azad Qaraqoyunlu, Aşağı Qapanlı, İlxıçılar kəndləri olmaqla üç kəndi əhatə edir. 779 təsərrüfatı, 1343 hektar ərazisi olan nümayəndəlikdə 2659 nəfər əhali yaşayır. Kənddə 76 məcburi köçkün ailəsində 262 nəfər məskunlaşmışdır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə bir tam orta, bir ibtidai məktəb, xəstəxana, kitabxana, EATS, poçt şöbəsi, iyirmi beş ticarət və iaşə obyekti fəaliyyət göstərir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlərdən Vəliş Əsgərov, Nəbi Quluyev, Rəfail Abbasov, Rəsmiyyə Bağırova rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərinə təbi qazın verilməsindən, kənd sakinlərinin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirmiş, kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, məktəb binasının əsaslı təmir olunmasına ehtiyac olduğunu demişlər.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilmiş, şəxsi problemlərlə müraciət edən vətəndaşların müraciətləri qanun çərçivəsində yerindəcə həll olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.


Səyyar qəbul-görüşlər keçirilir, problemlər yerindəcə həll olunur -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...