Evlənmək istəyən 52 nəfərdə dəhşətli xəstəlik aşkarlanıb

Evlənmək istəyən 52 nəfərdə dəhşətli xəstəlik aşkarlanıb


Aprel ayında nikaha daxil olmaq istəyən şəxslərin 400 nəfərində talassemiya daşıyıcılığı, 52 nəfərində siflis, 1 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb

GUNDEMINFO.AZ xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O qeyd edib ki, ötən ay 12500 nəfər nikaha daxil olmaq üçün tibbi müayinədən keçib. “Ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək 130 min nəfər müayinədən keçib. Onlardan 6 min 921 nəfərdə talasemiya daşıyıcılığı, 415 nəfərdə siflis, 75 nəfərdə isə QİÇS aşkarlanıb. 54 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb”.

Z.Əlimirzəyevanın sözlərinə görə, bu günə qədər 6 cütlük evlənməkdən imtina edib. “Onların hır ikisi talassemiya daşıyıcısı olduğu üçün evlənməkdən imtina edib”. İnstitut direktoru bildirib ki, artıq tərəflər nişan olmazdan öncə gəlib tibbi müayinədən keçirlər. “Yaxşı haldır ki, bizə tərəflər nişanlanmazdan öncə müraciət edir, tibbi müayinədən keçirlər. Nikah vaxtı bunu öyrənmək bir az gec olur, amma onlar müayinə nəticələrini öyrənərək, gec olmadan qərarlarını verirlər”, deyə Z.Əlimirzəyeva qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...