Tərtərdə “Multikulturalizm ili”nə həsr olunmuş intelektual çempionat

Tərtərdə “Multikulturalizm ili”nə həsr olunmuş intelektual çempionat


Mayın 3-də Tərtər şəhər Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəblər arasında “Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyunun məktəb çempionatı keçirilmişdir. Yarışın keçirilməsi ilə əlaqədar olaraq rayon icra hakimiyyəti və təhsil şöbəsinin əməkdaşlarından ibarət təşkilat komitəsi yaradılmışdır. Yarışda 16 məktəbin komandası iştirak etmişdir.

Yarışın nəticəsinə əsasən Sarov kənd tam orta məktəbin komandası birinci yerə, Buruc kənd tam orta məktəbin komandası ikinci yerə, Dəmirçilər kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. Qalib komandalara rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlar təqdim olunmuşdur. Birinci yeri qazanmış Sarov kənd tam orta məktəbinin komandasına mayın 14-də Mingəçevir şəhərində keçiriləcək regional məktəb çempionatında uğurlar arzulanmışdır.


Tərtərdə “Multikulturalizm ili”nə həsr olunmuş intelektual çempionat
Tərtərdə “Multikulturalizm ili”nə həsr olunmuş intelektual çempionat



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...