Azərbaycan qadınları niyə intihar edir? SƏBƏB

Azərbaycan qadınları niyə intihar edir?


Komitə sədri: “Qadınların intiharı adətən məişət zorakılığı ilə bağlı olur”. “Hazırda bütün rayonlarda məişət zorakılığı ilə bağlı monitorinq qrupları yaradılıb. Çünki intihar halları da adətən məişət zorakılığı ilə bağlı olur”. Bu sözləri virtualaz.org saytına açıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Son zamanlar qadınların intihar hallarının artmasından danışan komitə sədri vurğulayıb ki, hər bir qadın intiharı araşdırılır:

“Biz hər bir problemlə bağlı DİN, icra hakimiyyəti ilə birgə araşdırmalar edirik. Müxtəlif hadisələr var, amma əksər hallarda çalışırıq ki, profilaktik tədbirlər görək ki, bu halların qarşısı alınsın. Qadın problemləri ilə məşğul olan QHT-lərə də dəstək oluruq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
936 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...