TAP-ın tikintisinə başlanması ilə bağlı rəsmi mərasim başa çatıb

TAP-ın tikintisinə başlanması ilə bağlı rəsmi mərasim başa çatıb


Bu gün Yunanıstanın Saloniki şəhərində keçirilən Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi başa çatıb."Report" xəbər verir ki, mərasimin sonunda TAP-ın təməlinə qoyulacaq boru imzalanıb.

Borunu Yunanıstanın baş naziri Aleksis Tsipras, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Albaniya nümayəndəsi, TAP Konsorsiumunun icraçı direktoru Yan Bredşou, konsorsiumda iştirak edən şirkətlərin rəhbərləri - SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin baş icraçı direktoru Robert Dadli, habelə "Snam S.p.A.", "Fluxys", "Enagas" və "Axpo" şirkətlərinin rəhbərləri imzalayıblar.


TAP-ın tikintisinə başlanması ilə bağlı rəsmi mərasim başa çatıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...