Azərbaycanda qan tədarükü 4 dəfə artıb

Azərbaycanda qan tədarükü 4 dəfə artıb


“6 il ərzində Azərbaycanda qanın tədarükü təxminən 4 dəfə artıb”. APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 7 il əvvəl ölkədə 7,5 ton qan tədarük olunurdusa, indi 30 tondan artıq qan tədarük olunur: “Qan bankının informasiya sistemi vasitəsilə donorların, qan xidmətinin işinə mərkəzdən nəzarət etmək imkanımız var. İnformasiya sitemlərinin tətbiqi isə statistik rəqəmləri dəqiqləşdirə bilməyimizə imkan verir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...