Sabah Bulvarda atraksionlar pulsuz olacaq

Sabah Bulvarda atraksionlar pulsuz olacaq


İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar üçün pulsuz aksiya keçiriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya açıqlamasında deyib ki, sabah bulvarda olan atraksion və karusellərin əksəriyyəti, qatarlar və hava şəraiti imkan versə gəmi uşaqların pulsuz istifadəsinə veriləcək.

Onun sözlərinə görə, atraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub: "Uşaqların atraksionlardan pulsuz istifadə etməsi sabah saat 09:00-dan 15:00-dək mümkün olacaq. Belə aksiyalar mütəmadi olaraq keçirilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
751 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...