"Youtvision-a gələnlərin xərcləri qarşılanmayacaq" - DEPUTAT

"Youtvision-a gələnlərin xərcləri qarşılanmayacaq" -


` “Youtvision” gənclər arasında mahnı müsabiqəsi zamanı nəinki yarışmanı izləməyə gələn qonaqların, hətta tədbirdə iştirak edəcək iştirakçı və jurilərin heç bir yol, viza xərcləri qarşılanmayacaq`.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov deyib. Onun sözlərinə görə, müsabiqə Heydər Əliyev adına sarayda keçiriləcək: “Bunları deməkdə məqsədim dünəndən bəri müsabiqə haqqında xəyalpərəst fikirlərin səslənməsidir. Hətta bəziləri guya hansısa ekspert də dəvət edib ondan müsahibə alırdı. Çox güldüm.

Əgər kimsə müsabiqə haqqında məlumat almaq istəyirsə buyurub bizə müraciət edə bilər. P.S ATGTİ fəaliyyət göstərdiyi dövr ərzində müxtəlif cür layihələr həyata keçirib və keçirməkdə davam edir.

Layihələrimizdən on minlərlə insan yarararlanıb. Kimsə İttifaq haqqında hər hansı bir fikir söyləməzdən qabaq zəhmət çəkib məlumat yığsın. Axır vaxtlar boş-boş danışmaq yaman dəbə minib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...