Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi FOTOLAR

Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tərtər rayonunda yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim etdi


İyunun 8-də Tərtər rayonunda Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 4 fərdi yaşayış evinin açılışı oldu.

Rayonun Poladlı kəndində II qrup Qarabağ müharibəsi əlili Azad Abbasov üçün tikilən evdə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Mamırlı kənd İƏD üzrə nümayəndə Şikar Əliyev açaraq nümayəndəlik haqqında ətraflı məlumat verdi. Sonra kənd ağsaqqalı Asif Abbasov, ikinci qrup Qarabağ müharibəsi əlili Azad Abbasov, Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov çıxış edərək müharibə veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursu hər bir vətəndaşın rifahının yaxşılaşmasına, eyni zamanda sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratmışdır. Dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərə təminatı işləri də uğurla davam etdirilir.

Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, respublikamızın bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası ilə yanaşı 10 fərdi ev tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda isə rayonda daha 4 ədəd fərdi yaşayış evi bu qəbildən olan insanlara təqdim olunur.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni mənzilə köçən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ürək sözlərini bildirərək, onlara yeni mənzillərində xoş günlər keçirməyi arzuladı. Qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş və sağlamlığını itirmiş insanlarımızın problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Ölkə rəhbəri cənab İlham Əliyevin bu insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq rayonumuzda da Qarabağ müharibəsi əlilərinin, şəhid ailələrinin maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə 1-ədəd 6 mərtəbəli 54 mənzilli, 2 ədəd 2 mərtəbəli 16 mənzilli, 1 ədəd 2 mərtəbəli 24 mənzilli binalar və 21 fərdi yaşayış evi tikilib şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təhvil verilmişdir. Hazırda 9 fərdi evin tikilməsi nəzərdə tutulmuşdur ki, bunlardan 4-nün sizinlə açılışına yığışmışıq. Digər 5 evdə işlər davam etdirilir.

Bundan sonra da bu qəbildən olan insanlarımız diqqət mərkəzində olacaq və onlar daima hərtərəfli qayğı ilə təmin olunacaqlar.
Sonra şəhid ailələri Hüseynova Rəna Yusif qızına və Əhmədova Tamella Həmid qızına, Qarabağ müharibəsi əlilləri Əliyev Natiq Nəsir oğluna və Abbasov Azad Abbas oğluna mənzillərinin sənədləri təqdim edildi və evlərə baxış keçirildi.


Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi
Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi
Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi
Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi
Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi
Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi
Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi
Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi
Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi
Tərtərdə Qarabağ qazilərinə və şəhid ailələrinə ev verildi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...