Azərbaycanlı müğənni Fransa televiziyasında Avropa Oyunlarının açılış mərasiminin aparıcısı olacaq

Azərbaycanlı müğənni Fransa televiziyasında Avropa Oyunlarının açılış mərasiminin aparıcısı olacaq

Parisdə yaşayan caz müğənnisi, həmyerlimiz Təranə Allahverdiyeva-Monbarbü I Avropa Oyunlarını canlı yayımlayacaq Fransanın “L’Equipe 21” idman telekanalında oyunların açılış mərasiminin aparıcılarından biri olacaq.

Təranə xanım “L’Equipe 21” kanalının studiyasında telekanalın bir neçə idman mütəxəssisi ilə birgə iyunun 12-də yerli vaxtla saat 18:00-da başlayacaq Avropa Oyunlarının açılış mərasimini şərh edəcək və tamaşaçılara Azərbaycan, onun mədəniyyəti, musiqisi haqqında məlumatlar verəcək. 14 ildir Fransada yaşayan və burada “Tarana Paris Bakou” adı ilə tanınan müğənni əslən Azərbaycanın Şuşa şəhərindəndir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...