I Avropa Oyunlarında bədii gimnastika yarışları başlayıb

I Avropa Oyunlarında bədii gimnastika yarışları başlayıb

Bakı-2015 I Avropa Oyunlarında bədii gimnastika yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların ilk günündə qrupların mübarizəsi keçiriləcək. Lent, gürzlər və həlqələrdə təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan gimnastları çoxnövçülükdə yarışacaqlar. 13 komandanın çıxış etdiyi yarışda Azərbaycan millisi də mübarizə aparır. Yığmamızın heyətində Səbinə Abbasova, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Diana Doman çıxış edəcək. Komandamız xalça üzərinə 8-ci çıxacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...