Abdullayeva İŞİD-ə qoşuldu

Abdullayeva İŞİD-ə qoşuldu

Rusiyadan İŞİD terror qruplaşmasına qoşulmaq məqsədilə daha bir gənc qız qaçıb. Modern.az yazıb ki, Moskvadakı elit “Petrovski6 passaj” ticarət mərkəzində işləyən 19 yaşlı Patima Abdullayevanın ailəsi Rusiya Federal Təhqiqat Bürosuna müraciət edib.

O, artıq Türkiyə-Suriya sərhədini keçərək İŞİD sıralarına qoşulub. Gənc qızın valideynləri kömək üçün xüsusi xidmət orqanlarına müraciət ediblər. Onların sözlərinə görə, qızları Moskvadan Türkiyəyə gedərək oradan Suriyaya keçib. Türkiyə sərhədçiləri onu saxlaya bilməyiblər.

Məlum olan odur ki, qız özünü heç vaxt güclü inanclı adam hesab etməyib, ənənəvi müsəlman paltarı da geyinməyib. “Qız artıq İŞİD-in əlindədir, bununla belə valideynləri ilə əlaqə də qurur. Atası və anası qızlarını geri qayıtması üçün dilə tutsalar da, buna nail ola bilmədiklərindən Federal Təhqiqat Bürosuna müraciət ediblər”, - hüquq-mühafizə orqanlarındakı mənbə belə deyib.

Abdullayeva Dağıstanda anadan olub, son illər Moskvada yaşayıb. Onun Rusiya paytaxtındakı prestijli ali məktəblərdən birində oxuduğu da bildirilir. Ticarət Mərkəzindəki həmkarlarının dediyinə görə, qız buradan üç ay əvvəl işdən çıxıb və bir daha görünməyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...