Sabirabaddevi yaşayış yandı

Sabirabaddevi  yaşayış yandı

Sabirabadda fərdi yaşayış evi yanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün axşam saatlarında Sabirabad rayonunun Nizami kəndi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evi yanıb. Həmin kəndin sakini 1967-ci il təvəllüdlü Məlikov Dadaş Möhtərəm oğluna məxsus 180 kvadratmetrlik yaşayış evinin 60 kvadratmetri yanıb. Yanğının söndürülməsinə Sabirabad Yanğından Mühafizə xidmətinin 2 avtoçəni və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və mənzilin digər hissələri yanğından mühafizə olunub. Yanğına mətbəxdə olan qaz balonunun alışması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1109 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...