Ermənilər atəşkəsi neçə dəfə pozub İyun ayında

Ermənilər atəşkəsi neçə dəfə pozub


Bu ilin iyun ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 738 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

Ay ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətində atəşkəsin 185 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur - 146 fakt.

Qarabağ cəbhəsi üzrə may ayında Tərtər rayonu istiqamətində atəşkəsin 71, Cəbrayıl rayonu istiqamətində 57, Xocavənd rayonu istiqamətində 46 dəfə pozulması faktı qeydə alınıb.

Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 76, Tovuz istiqamətində 61, Gədəbəy rayonu istiqamətində 51, Qazax rayonu istiqamətində 35, Göygöl rayonu istiqamətində 7, Ağstafa rayonu istiqamətində isə 1 dəfə pozub.

Ötən ay düşmən tərəfi Naxçıvan istiqamətində atəşkəsin pozulduğu, bir erməni əsgərin öldüyü, ikisinin yaralandığı haqqında məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təsdiq etməyib.

Ötən ay erməni tərəfinin bir əsgəri intihar edib.

İyun ayında Azərbaycanın iki hərbi qulluqçusu minaya düşərək həlak olub.

Qeyd edək ki, may ayında erməni silahlı bölmələri atəşkəs rejimini 728 dəfə pozmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1065 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...