İsti hava həftə sonuna qədər davam edəcək

İsti hava həftə sonuna qədər davam edəcək


İyulun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Sinoptiklərin məlumatına görə, paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 3-də hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda havanın temperaturu gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq. İyulun 4-də isə temperatur rejimində ciddi fərq olmasa da, şimal küləyi üstünlük təşkil edəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...