"Şeyxin irad bildirdiyi məscidlərdə problem aradan qaldırılıb" - Komitə sədri

"Şeyxin irad bildirdiyi məscidlərdə problem aradan qaldırılıb" -


“Bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə açıq müraciətində özbaşına, qanunsuz fəaliyyət göstərən Zaqatalada, Şamaxı və Qobustandakı kənd məscidləri, oradakı icmalarla bağlı tədbir görülüb”.

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı bildirib.

O qeyd edib ki, Şeyxülislamın bəyanatından sonra həmin məscidlərdə tədbirlər görülməyə başlayıb və problem əsasən həll olunub. M. Qurbanlı həmin məscidlərin hazırda da fəaliyyət göstərdiyini və ibadət üçün açıq olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala – Balakən bölgəsi üzrə nümayəndəsi (qazisi) İbrahim İbrahimov isə APA-ya məsələnin təfərrüatını açıqlayıb. O bildirib ki, Şeyxin irad bildirdiyi məscidlərdəki dini icmaların rəhbərləriQafqaz Müsəlmanları İdarəsinin təlimatlarına və təqvimlərinə riayət etməyiblər. Lakin hazırda bu problem aradan qaldırılıb, həmin məscidlərdə QMİ-nin bütün təlimatlarına və təqvimlərinə riayət olunur”.

Qeyd edək ki, Allahşükür Paşazadə bir müddət əvvəl QMİ-də keçirilən tədbirdə mətbuatın iştirakı ilə Dini Komitəyə müraciət edərək bildirib ki, Zaqatalanın 4, Şamaxı və Qobusta rayonlarının isə hər birinin bir kəndindəki məscidlərdə dini icmalar qanunsuz fəaliyyət göstərir, qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...