Partlayış baş verən zavodun direktoru: "Sonra danışarıq, deyərəm..."

Partlayış baş verən zavodun direktoru: "Sonra danışarıq, deyərəm..."


Bu gün partlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodunun direktoru Usubağa Məmmədov “Yeni Müsavat” əməkdaşının suallarını cavablandırıb

U.Məmmədov deyib ki, hazırda araşdırma aparılır:

- Burada mətbuatlıq bir iş yoxdur. Bu işlə məşğul olan bütün orqanlar buradadır. Axşam müvafiq orqanlar məlumat verəcək.

- Partlayışın qəsdən törədilməsi haqda məlumatlar doğrudurmu?

- Yox, qəsdən ola bilməz.

- Partlayış baş vermiş sexdə vəhhabilərin çalışması haqda məlimat var. Bu məlumat nə dərəcədə doğrudur?

- Onu araşdıracaqlar. Sadəcə qısaqapanma olub. Kiçik (5-in 6-ya olan) yerdir.

- Hadisə zamanı neçə nəfər ölüb, neçə nəfər yaralanıb?

- Mən özüm qarışıq 19 nəfər, “uqar” tutub bizi. 1 nəfər rəhmətə gedib.

- Rəhmətə gedən kimdir? Ölümünün səbəbi nədir?

- 1985-ci ildən bizdə işləyirdi. 30 ildir ki, burda çalışırdı. Allah rəhmət eləsin.

- Zavodda, həmin o 3-cü sexdə nə baş verib?

- Ancaq yanğın olub, yanğın.

- Yanğının səbəbi nədir?

- Yanğın olub da. Evdə yanğın nədən baş verir? Yanğın olub, zəhərləniblər. Orada sexdə stol, stul yanıb.

- Sexdə stol, stullar nədən alışıb?

- Sonra danışarıq, deyərəm...


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...