FHN-in yanğınsöndürənləri 30 baş cins atı yanğından xilas etdi

FHN-in yanğınsöndürənləri 30 baş cins atı yanğından xilas etdi


Göygöldə yanğın hadisəsi qeydə alınıb. Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 2004 kv.m olan atçılıq fermasının dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə, yaxınlıqda dayanmış “Ford” mikroavtobusun mühərrik hissəsi, 2 ədəd təkər və avtomobilə yaxın məsafədə yığılmış 40 ton ot bağlamasının 10 tonu yanıb.

Yanğın zamanı fermanın içərisindən 30 baş cins atlar yanğınsöndürənlər tərəfindən xilas olunub. Fermanın, mikroavtobusun və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...