Bakıda 22, rayonlarda 25 dərəcə isti olacaq

Bakıda 22, rayonlarda 25 dərəcə isti olacaq


Aprelin 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 8-11° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...