“Qızıl” qazananlara AFFA da pul verəcək - 20 000 manat

“Qızıl” qazananlara AFFA da pul verəcək -


Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında qızıl medal qazanan Azərbaycan futbol millisinə AFFA da mükafat verəcək.

“GUNDEMINFO”nun əldə etdiyi məlumata görə, federasiya rəhbərliyi yığmanın hər bir üzvünə 20 min manat təqdim edəcək.

Komanda ilə son görüşdə AFFA rəhbərliyi bu barədə futbolçulara məlumat verib.

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da bu informasiyanı təkzib etməyib: “Məsələ hələ tam rəsmiləşməyib. Hər halda yaxın günlərdə bu barədə məlumat veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...