İstilər geri qayıdır

İstilər geri qayıdır


Bu gün və sabah ölkə ərazisində temperaturun yüksək olması və rütubətli hava meteohəssas insanlar üçün əlverişsizdir.Yaxın iki gün ərzində ölkə ərazisində mülayim hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyinə keçəcək. Bakıda və Abşeron yarımadasında iyulun 10-da havanın temperaturu gecə 22-26˚, gündüz 31-36˚ isti olacaq. Azərbaycanın rayonlarında da iyulun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 22-27˚, gündüz 34-39˚, dağlarda gecə 13-18˚, gündüz 25-30˚ isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində temperaturun yüksək olması və rütubətli hava meteohəssas insanlar üçün əlverişsizdir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1384 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...