İstanbul-Bakı aviareysi təxirə salındı

İstanbul-Bakı aviareysi təxirə salındı


Bu gün 13:35-də Atatürk Hava Limanından reallaşmalı olan "Türk Hava Yolları"na (THY) məxsus İstanbul-Bakı aviareysi ləğv olunub. "Türk Hava Yolları"nın baş ofisindən "Report"a verilən məlumata görə, reysin ləğvinin səbəbi reysdə yaranan problemdir. Bilet alan sərnişinlər isə növbəti, saat 17:35-də həyata keçiriləcək reyslə göndəriləcəklər. Qeyd edək ki, təxirə salınan reysin "Boeing-737" təyyarəsi ilə yerinə yetirilməsi planlaşdırılırdı. Bununla əlaqədar, saat 14:35-ə geri istiqamətdə planlaşdırılan Bakı-İstanbul reysi ləğv olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...