Səbayeldə Milli Mətbuat günü qeyd edildi

Səbayeldə Milli Mətbuat günü qeyd edildi


Kütləvi inflormasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Səbail rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 140 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və 75-dən çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə ənənəvi tədbir-görüş keçirilmişdir.

GUNDEMİNFO.AZ xəbər verir ki, görüşü giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlamış və bildirmişdir ki, bu il artıq 140 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.

Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılmışdır. Ulu öndərin müvafiq Fərmannı ilə mətbuat üzərində senzura ləğv edilmiş, qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları əvvəlcə dondurulmuş, sonradan isə birdəfəlik olaraq ləğv edilmişdir.

Qeyd edilmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı qeyd etmişdir ki, 2013-cü il iyul ayının 22-də məhz Milli Mətbuat günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonunda jurnalistlər üçün tikilmiş yeni 17 mərtəbəli, 156 mənzilli binada mənzillərin paylanması mərasimi keçirilmişdir. Elə həmin gün cənab Prezident həmin binanın yanında jurnalistlər üçün inşa ediləcək 17 mərtəbəli, 255 mənzilli yeni binanın binanın təməlqoyma mərasimində də iştirak etmişdir. Hazırda bu binanın tikintisi başa çatmaq üzrədir.

KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan Asif Əsgərov bildirmişdir ki, son 3 il ərzində 2 dəfə KİVDF ilə birgə «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda fərdi jurnalist yazıları müsabiqələri, hər il Milli Mətbuat günü ərəfəsində müxtəlif movzularda konfrans, tədbir və görüşlər keçirilmiş, müsabiqələr vaxtı, həmçinin il ərzində müxtəlif KİV-lərdə rayonla bağlı geniş və oxunaqlı materiallar çap olunmuşdur. RİH və KİV-lər arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş və bu əlaqələr ildən ilə daha da möhkəmlənir.

Səbail rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov son bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 140 illiyi ilə əlaqədar ölkə başçısının sərəncamına uyğun olaraq respublikanın bölgələrində keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr fondun keçirdiyi müsabiqələr və onların yekunu barədə danışmış, jurnalistlər üçün inşa olunan yeni yaşayış binasında işlərin gedişi və istifadəyə veriləcəyi vaxt barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən «Səs» Media Qrupunun rəhbəri Bəhruz Quliyev, «Xalq qəzeti»nin baş redaktoru Həsən Həsənov və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışmışlar.

Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılmış və Milli Mətbuat günü münasibətilə 75-dən çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunmuşdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...