Sabah da Bakıda hava sərin keçəcək

Sabah da Bakıda hava sərin keçəcək


Bakı və Abşeron yarımadasında iyulun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

İyulun 21-də bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1159 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...