Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair HESABAT

Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair


11 saylı Qaradağ Seçki Dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağalar Vəliyevin 2010-2015-ci illər ərzində fəaliyyəti və yerinə yetirilmiş işlər barədə hesabatı açıqlanıb.

Hesabatda qeyd olunur ki, daim öz fəaliyyətində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsipləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri rəhbər tutan Ağalar Vəliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin dəstəklənməsi və onun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətlərində xeyli işlər görülüb.


Müvafiq qanunların tələblərinə uyğun olaraq qanunvericilik, təmsilçilik, nümayəndəlik funksiyalarının icrası ilə yanaşı, Qaradağ rayonunun ictimai-siyasi həyatında fəallıq göstərilməsi, 11 saylı Seçki Dairəsinə daxil olan 8 qəsəbənin sosial-iqtisadi problemlərinin həllinə köməklik edilməsi millət vəkilinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olaraq ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə yönələn bir sıra qanunların, o cümlədən 2011-2015-ci illərin “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Patent haqqında” və digər önəmli iqtisadi qanunların hazırlanmasında fəal iştirak edib, qanunların qəbulunda nəzərə alınan təkliflər verib.
A.Vəliyev ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi Avropanın müxtəlif ölkələrində keçirilən qış və yaz sessiyalarının, o cümlədən cari ilin iyul ayında Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunan ATIƏT-in 40 illik yubileyi münasibətilə təşkil olunan 24-cü illik sessiyasının iştirakçısı olub və müzakirə olunan məsələlərə dair ölkəmizin mənafeyinə uyğun prinsipial mövqeyimi nümayış etdirib.

Həmçinin Azərbaycan –Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, dövlətlərimizin, parlamentlərimizin və xalqlarımızın mənafelərinə uyğun münasibətlərin formalaşdirilması üçün deputat tərəfindən zəruri işlər aparılıb.

Ölkə rəhbərlərinin qarşılıqlı əməkdaşlığının, eləcə də parlamentlərin və dostluq qruplarının birgə səmərəli fəaliyyətinin nəticəsidir ki, 22 dekabr 2014-cü il tarixində Sloveniya Parlamentinin Milli Şurasında Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyni dəstəkləyən qərar qəbul olunub.

Yeni Azərbaycan Partiyasının namizədi kimi parlamentdə təmsil olunan A.Vəliyev fəaliyyətinin ən önəmli istiqamətlərini ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və möhtərəm prezident İlham Əliyevin rəhbərliyi altında son 12 il ərzində qazanılan, müasir dünya tərəfindən qəbul olunan uğurların təbliği təşkil edib.
Belə ki, 2013-cü ilin oktyabrın 9-da keçirilən və Azərbaycanın gələcəyi üçün taleyüklü əhəmiyyət kəsb edən prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının Seçki Qərərgahı ilə birgə 11 saylı Qaradağ seçki dairəsinə daxil olan bütün qəsəbələrdə və əmək kollektivlərində çoxsaylı görüşlər zamanı dövlət başçımızın seçkiqabağı təbliğat-təşviqat kampaniyasının təşkilində fəal iştirak edib, cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində istər daxili, istərsə də xarici siyasət sahəsində qazanılan nailiyyətləri ehtiva edən geniş təbliğat işləri aparıb.


Eyni zamanda cənab Prezidentin təşəbbüsü və dəstəyi ilə müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində respublikamızın bütün reqionlarında, o cümlədən Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri kontekstində seçiçilərin sosial sifarişlərinin yerinə yetirilməsi məqsədi ilə millət vəkili tərəfindən əməli tədbirlər görülüb.
11 saylı Qaradağ Seçki Dairəsindən Milli Məclisin deputatı olaraq Qaradağ rayonunun qəsəbələrinin seçiçiləri ilə keçirilən müntəzəm görüşlərdə, aparılan mütəmadi qəbullarda, vətəndaşların fərdi və kollektiv müraciətlərində qaldırılan problemlərin həllinə köməklik göstərilməsi, məhəllədaxili yolların asfaltlanması, əhalinin enerji daşıyıcıları və komunal xidmətlərlə təminatının yaxşılaşdırılması məqsədi ilə deputat tərəfindən son beş il ərzində xeyli işlər görülüb. Belə ki, Sahil, Qobustan, Ələt, Müşfiqabad, Qızıldaş, Səngəçal, Ümid və Çeyildağ qəsəbələrinin müxtəlif küçələrinə ümumilikdə 61 000 kv.metr sahəyə yeni asfalt örtüyü döşənib.
Sakinlərin elektrik enerjisi ilə təhçizatının normallaşdırılması üçün Ələt qəsəbəsində 2 ədəd 400 kva-lıq, Qızıldaş qəsəbəsində 2 ədəd 630 kva-lıq, Səngəçal qəsəbəsində 1 ədəd 400 kva-lıq və 1 ədəd 600 kva-lıq müasir elektrik transformatoru quraşdırılıb.
Ümid qəsəbəsində sel və lay sularının qarşısının alınmasını və ötürülməsini təmin edən müasir tipli qurğular tikilib.
Qaradağ rayonunun qəsəbələrinin ayrı-ayrı ünvanlarında su və kanalizasiya xətlərinin əsaslı təmirinə zəruri köməklik göstərilib, Ələt qəsəbəsində 2200 p/metr uzunluğunda, Qobustan qəsəbəsində 1100 p/metr uzunluğunda müxtəlif ölçülü yeni su boruları çəkilib.

Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində çoxmərtəbəli yaşayış binalarında istismara yararsız vəziyyətdə olan 172 ədəd liftin əsaslı təmirinə köməklik göstərilməsi üçün A.Vəliyev tərəfindən respublikanın aidiyyatı qurumları qarşısında məsələ qaldırılıb və hazırda həmin liftlərin yeniləri ilə əvəz olunması davam etməkdədir.

Xalqımızın xeyiriyəçilik, xeyirxahlıq və humanizm ənənələrinə uyğun olaraq millət vəkili tərəfindən Novruz və Qurban bayramları, Dunya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Qaradağ rayonunun 8 qəsəbəsinin xeyli sayda sakini üçün (şəhid, əlil və aztəminatlı ailələrə) bayram sovqatları çatdırılıb, Ramazan bayramı münasibəti ilə qəsəbələrdə böyük iftar mərasimləri təşkil olunub.

Eyni zamanda seçicilərlə keçirilən görüşlərdə və aparılan qəbullarda fərdi qaydada müraciət etmiş 21 nəfər ixtisaslarına uyğun işlə təmin olunub, şəhid ailəsi, əlil, tənha və ahıl insanlar da daxil olmaqla ağır sosial vəziyyətdə yaşayan 123 seçicinin müalicəsinə, evlərinin tikintisinə, mənzillərinin təmirinə, müxtəlif təyinatlı avadanlıqlarla və ləvazımatlarla təmin edilməsinə maliyyə yardımı göstərilib.

Milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq bilavasitə millət vəkilinin təşəbbüsü və dəstəyi ilə rayonun imkansız mömin seçicilərinin ölkə xaricindəki müqəddəs ziyarətgahlarda olması ücün 153 zəvvar Məşhəd ziyarətinə, 26 zəvvar isə Həcc ziyarətinə göndərilib.

Ölkə rəhbərliyinin insan kapitalının formalaşdırılması siyasətinin, təhsil sistemində aparılan islahatların dəstəklənməsi və təlimdə nailiyyətləri olanların stimullaşdırılması məqsədi ilə 2011-2014-cü tədris illəri ərzində A.Vəliyev tərəfindən Qaradağ rayonunun 8 qəsəbəsinin 19 ümumtəhsil məktəbinin I-XI siniflərinin 794 əlaçı şagirdinə fərqlənmə təqaüdü verilib, sentyabr ayında yeni tədris ilinin başlanması ərəfəsində daha 205 nəfər şagirdə əlaçılıq təqaüdü veriləcək ki, bununla da 5 il ərzində təqaüd alanların sayı 999 nəfərə çatacaq. Eyni zamanda millət vəkilinin təşəbbüsü ilə Qaradağ rayonunun 11 qəsəbəsindən 600-dən yuxarı balla ali məktəblərə daxil olmuş 61 tələbəyə pul mükafatları təqdim edilib, 3 aztəminatlı tələbənin təhsil haqqı ödənilib, bir sıra təhsil müəssisələrinə noutbuklar və kompyuter dəstləri hədiyyə olunub.
Arayışda qeyd olunan, eləcə də digər istiqamətlərdə məqsədyönlü işlərin mütəmadi olaraq həyata keçirilməsi bundan sonra da davam etdiriləcək. Və bu barədə məlumatlar ictimaiyyətə təqdim ediləcək. Məlumat 11 saylı Qaradağ Seçki Dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Mılli Məclisinin deputatı Ağalar Vəliyevin ofisi tərəfindən təqdim edilib.


Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair
Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair
Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair
Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair
Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair
Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair
Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...