Zərdabda bir kəndlinin bütün mal-qarası tələf oldu

Zərdabda bir kəndlinin bütün mal-qarası tələf oldu


Ötən gecə Zərdab rayonu, Məmmədqasımlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə, tövləyə bitişik ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 50 ton ot bağlamasının 20 tonu yanıb. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı tövlədə olan 11 baş xırdabuynuzlu, 4 baş iribuynuzlu heyvan tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
969 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...