Havaların isti keçməsi dəhşətli virusun yayılmasına səbəb olur

Havaların isti keçməsi dəhşətli virusun yayılmasına səbəb olur


Ölkədə hava temperaturunun son günlər 42 dərəcəni keçməsi bəzi xəstəliklərin baş qaldırması ehtimalını artırır.
Ötən il havanın temperaturunun kəskin artması ölkədə iribuynuzlu heyvanlar arasında “Nodulyar dermatit” virus xəstəliyinin yayılmasını sürətləndirmişdi.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli movqe.az-a açıqlamasında mövcud hava şəraiti ilə əlaqədar rayonlarda “Nodulyar dermatit” virus xəstəliyinə qarşı vaksinasiya dezinfeksiya tədbirlərinin sürətləndirildiyini bildirib. Y. Xanvəli deyib ki, hələki xəstəliyin yayıldığı 35 rayonda “Nodulyar dermatit” virus xəstəliyinin yenidən baş qaldırması halı aşkarlanmayıb. Bununla belə Y. Xanvəli bütün rayonlarda Baytarlıq Xidmətlərinə bu xəstəliklə bağlı diqqətli olmağın tapşırıldığını söyləyib.

Qeyd edək ki, “Nodulyar dermatit” xəstəliyinin yenidən baş qaldırmasının səbəbi havaların isti keçməsi ilə əlaqədardır. Məlumdur ki, bu xəstəliyin yayıcıları ağcaqanadlardı aprel ayınadək bu virusa ölkədə 6200 heyvan yoluxub. Xəstəlikdən 250 baş heyvan bu xəstəlikdən tələf olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1040 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...