Azərbaycanla İran sərhəddində atışma

Azərbaycanla İran sərhəddində atışma


Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən bir qrup şəxsin qarşısı alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...