Bakıda güclü şimal küləyi əsəcək

Bakıda güclü şimal küləyi əsəcək


Avqustun 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.
Şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və axşam gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-37, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...