Tempratur yüksəlir - 38 dərəcə

Tempratur yüksəlir -


Avqustun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...