Sürət həddi 120 olan yolda yavaş sürsəniz cərimə olunacaqsınız - Diqqətli olun!

Sürət həddi 120 olan yolda yavaş sürsəniz cərimə olunacaqsınız -


Avqustun 2-də Bakının Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda baş verən dəhşətli zəncirvari yol qəzası "Range Rover” markalı avtomobilin sürətlə hərəkət etdiyi zaman digər avtomobilin az sürətlə qarşısına çıxması səbəbindən baş vermişdi. Qəza zamanı bir neçə nəfər faciəvi şəkildə yanaraq ölmüşdü.

Bu səbəbdən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə yol zolaqlarında müəyyən edilmiş sürətlə hərəkət etməyi tövsiyyə edir. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun BAKU.WS-ə verdiyi məlumata görə, sürücülər Yol Hərəkəti Haqqında qaydalara əməl etməlidirlər. Həmin qaydalarda göstərilir ki, avtomobillər yolda qeyd edilən sürətlə hərəkət etməlidirlər. Yol polisinin sözlərinə görə, əgər yolda 120 km/saat göstərilibsə, həmin zolaqda 80-90 sürətlə sürmək olmaz. Həmçinin sürəti 80 km/saat göstərilən ərazidə 100-120 km/saat sürətlə hərəkət etmək qadağandır.

"Yolda qeyd edilən sürətdən az hərəkət etmək qəza şəraiti yaradır. Bu da Yol Hərəkəti Haqqında qanununda pozuntudur. Həmin pozuntuya əsasən sürücü cərimələnə və ona qaydanı pozduğu üçün bal yazıla bilər. Bu səbəbdən sürücülərə müraciət edirik ki, göstərilən sürətdən nə aşağı sürsünlər, nə də yuxarı”, - deyə Vaqif Əsədov bildirib.

Qeyd edək ki, Yol Hərəkəti Haqqında Qanunun 50-ci maddəsinin VI fəslin 2-ci bəndində nəzərdə tutulur ki, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaqla qəza şəraiti yaradır. Həmin fəslin 3-cü bəndində isə qeyd olunur ki, sürücüyə yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1976 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...