Türkiyədə daha 4 PKK-çı öldürüldü

Türkiyədə daha 4 PKK-çı öldürüldü


Türkiyədə PKK terrorçularının hücümları davam edir.

AzVision.az - ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, öncə terrorçular Bingölün mərkəzi Almalı kəndinə hücum ediblər. Kəndə girməyə çalışan terrorçularla kənd qoruyucuları arasında atışma baş verib. Atışma zamanı 2 PKK terrorçusu öldürülüb, ikisi yaralı ələ keçirilib. Hadisədən iki saat sonra terrorçular ölkənini digər bölgəsi olan Muşun Varto mahalında da patrul vəzifəsi icra edən xüsusi hərəkat polislərinə hücum ediblər. Tərəflər arasında baş verən atışmada daha 2 PKK-çı öldürülüb.

Bundan əlavə, Bitlis rayonunda da gərgin hadisələr yaşanıb. Alınan məlumata görə, rayonda fəaliyyət göstərən terror təşkilatının tərəfdarlarına qarşı əməliyyat keçirən zaman Polis İdarəsinə məxsus zirehli maşın qəza törədib. Qəza nəticəsində ikisi polis olmaqla üç nəfər yaralanıb. Terrorçular isə hadisə yerindən qaçıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...