Türkiyədə benzin və dizel yanacağı bahalaşıb

Türkiyədə benzin və dizel yanacağı bahalaşıb

Bu gündən etibarən Türkiyədə benzin, dizel yanacağı və mayeləşdirilmiş neft qazının (LPG-Liquefied Petroleum Gas) qiyməti artıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, benzin 18, dizel yanacağı 15, LPG isə 12 kuruş bahalaşıb.

Qiymət artımından sonra İstanbulda benzinin qiyməti 6,20 lirə (2,41 manat), dizel yanacağının qiyməti isə 5,60 lirəni (2,17 manat) keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...