Bakıda 850 qramlıq uşaq doğuldu

Bakıda 850 qramlıq uşaq doğuldu

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 850 qramlıq körpə doğulub. Neonatoloq-pediatrı Arzu Həsənova Modern.az-a bildirib ki, körpə 29-30 həftəlik hamiləlikdən keysəriyyə kəsiyilə dünyaya gəlib:

“Körpə azçəkili (850 qram) olmasına baxmayaraq, Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində ailənin artıq həyəcanlı günləri arxada qalıb. O süni tənəffüs aparatından ayrılıb, həyatda qalması təmin olunub, zəruri müayinələr (“Topuq testi”, ROP – vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) aparılıb”.

Onun sözlərinə görə, yenidoğulmuşun çəkisi normal səviyyəyə (1750 qrama) çatdırılıb və ana-körpə tam sağlam və gümrah şəkildə evə yola salınıb. Həkim bildirib ki, təkrar müayinə olunub, uşağın nevroloji statusu normaldır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...