Bakı metrosunda ciddi problem: 28 May-İçərişəhər xəttində hərəkət dayandırılıb

Bakı metrosunda ciddi problem:


Bakı metropoliteninin fəaliyyətində problem yaranıb

Sivil.az-a daxil olan məlumata görə, hazırda İçərişəhər stansiyası istiqamətində qatarların hərəkəti tam dayanıb. Dərnəgül stansiyası istiqamətində gedən qatarlar isə Nizami stansiyasına qədər hərəkət edir. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Sivil.az-a bildirib ki, Sahil stansiyasında su axıntısında artım müşahidə olunub.

Bu artımın qarşısını almaq üçün gərginlik çıxarılıb. Buna görə, hazırda 28 May-İçərişəhər xətti istiqamətində qatarların hərəkəti dayandırılıb. Həzi Aslanov istiqamətindən gələn qatarlar Nizami stansiyasındakı dalandan geri qaytarılır. Metropoliten rəsmisi bildirib ki, problem qısa müddətdə aradan qaldırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1061 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...