İcra başçısı növbəti səyyar qəbul keçirdi - FOTOLAR

İcra başçısı növbəti səyyar qəbul keçirdi -

Mayın 23-də növbəti səyyar qəbul rayonun Əmirvar kəndində keçirilib. Əmirvar kənd tam orta məktəbində keçirilən qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, onların həlli istiqamətində operativ kompleks addımların atılması olduğunu qeyd edib. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən Əhəd Abıyev vətəndaşların müraciətlərinə həssas münasibət göstərildiyini, həllinin daim diqqət mərkəzində saxlanıldığını deyib.

Son illər respublikamızda və Daşkəsən rayonunda görülmüş işlər barədə geniş məlumat verən Əhəd Abıyev rayonun Əmirvar kənd inzibati ərazi dairəsində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Rayon rəhbəri deyib ki, ötən dövrlər ərzində 80 şagird yerlik Əmirvar-Əhmədli kənd ümumi orta məktəbi müasir formada yenidən tikilmiş, 360 şagird yerlik Əmirvar kənd tam orta məktəbinin binası isə əsaslı surətdə təmir edilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında vurğulayıb ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 24,5 km uzunluğunda olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işləri hazırda böyük vüsətlə, yüksək səviyyədə davam etdirilir və avtomobil yolu üzərində hər birinin uzunluğu 12 metr olan 2 yeni avtomobil körpüsünün inşası və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruların tikintisi aparılır.

Əhəd Abıyev onu da deyib ki, 2 hərəkət zolaqlı, hərəkət hissəsi 6 metr olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşacaq, bu sahədə olan problemlər tam öz həllini tapacaqdır. Yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir göstərən kənd təsərrüfatının ayrı-ayrı sektorları inkişaf edəcəkdir. Bununla yanaşı, yeni tikilən avtomobil yolu ən əsası bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaqdır.

Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və təklifi olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib. Sakinlər təkliflərini səsləndiriblər. Kənd sakinlərindən çıxış edənlər müraciətlərində kəndə təbii qaz xəttinin çəkilməsinin, tibb məntəqəsinin inşasının, EVX-lərinin SİP kabellə əvəz olunmasının, genişzolaqlı internet xəttinin çəkilməsinin və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib. Müraciətlərdə səsləndirilən problemlərin əksəriyyəti yerindəcə həll edilib, müvafiq tədbirlər görülüb.

Sakinlər rayonda, o cümlədən Əmirvar kəndində gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə, xüsusilə yeni yolun əsaslı təmirinə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Vətəndaşların səyyar qəbulundan sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işləri ilə tanış olub.

İcra başçısı növbəti səyyar qəbul keçirdi -
İcra başçısı növbəti səyyar qəbul keçirdi -
İcra başçısı növbəti səyyar qəbul keçirdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...