İcra hakimiyyəti “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil etdi

İcra hakimiyyəti “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil etdi


Səbail rayonunda yeniyetmə və gənclərin yay istirahətinin təşkili istiqamətində növbəti layihə həyata keçirilir.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə layihə Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə təşkil olunan və 2-ci dəfə həyata keçirilən “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsindən ibarətdir. Bu düşərgəyə rayonun təhsildə və idmanda fərqlənən, müxtəlif fənn olimpiadalarında, müsabiqələrdə qalib olan və idman yarışlarında nailiyyətlər əldə edən, oxuduqları orta məktəbin ictimai işlərində fəal olan, ümumilikdə 150-dən çox yuxarı sinif şagirdləri cəlb olunub.

Layihə təşkilatçıları tərəfindən bütün hazırlıq işlərinin başa çatdığı ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətində düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirib. Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlayıb, ölkə başçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışıb.

Tədbirdə iştirak edən RİH Başçısı Asif Əsgərov, Başçının birinci müavini Xalidə Bayramova, Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Rauf Dəmirov valideyn və uşaqların çoxsaylı suallarını cavablandırıb.


İcra hakimiyyəti “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1809 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...