Pambıq tarlasında zəhərlənənlərlə bağlı - Rəsmi açıqlama

Pambıq tarlasında zəhərlənənlərlə bağlı -
Səhiyyə Nazirliyi Saatlıda pambıq sahəsində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı münasibət bildirib.

24 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bakı şəhərindən həkim briqadası Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Zəhərlənənlərdən 4-ü Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib. Müalicələri davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin durumu qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb. Digərlərinin müalicəsi davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...