İşdən qovulan sürücü başqa marşrutda fəaliyyət göstərə bilməyəcək - RƏSMİ

İşdən qovulan sürücü başqa marşrutda fəaliyyət göstərə bilməyəcək -

Bakıda müntəzəm marşrut xəttində adı "qara siyahı"ya salınan sürücülər başqa marşrutda sürücü kimi fəaliyyət göstərə bilməyəcək.
GUNDEMİNFO.AZ trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, həmin şəxslərin işdən kənarlaşdırılması və işə götürülməməsi barədə daşıyıcılara məlumat göndərilir: "Bu məsələyə Bakı Nəqliyyat Agentliyi müdaxilə etmir və bu da mənfi bir haldır. Çünki, sürücüləri daşıyıcılar işə götürür. Bu yaxınlarda işdən azad edilən və "qara siyahı"ya salınan iki sürücü ilə bağlı biz bütün daşıyıcılara məlumat göndərmişik. Eyni zamanda həmin sürücülərlə bağlı hüquqi qiymət verilməsi üçün lazımi qurumlara da müraciət edilib. Amma biz düşünürük ki, bu cür şəxslərin də adları konkret bir bazaya daxil edilsin. Bu isə peşəkar sürücü bazası formalaşdırılandan sonra mümkün olacaq".

M.Ağayev bildirib ki, işdən qovulan sürücülərin təlimlərə cəlb edilərək yenidən işə qəbul olunmasına icazə verilməsi müəyyən qaydalar çərçivəsində baş tuta bilər: "Məsələn, əgər həmin sürücü təlimdən keçmək üçün müraciət edərsə, onun törətdiyi hadisənin ağırlıq dərəcəsi müəyyənləşdiriləcək. Bakı Nəqliyyat Agentliyi bu cür məsələlərə liberal mövqedən yanaşır. Biz maksimum çalışmışıq ki, hər hansı hadisə törədən sürücünü cəzalandırmaq əvəzinə ilk əvvəl maarifləndiririk. Bakı Nəqliyyat Agentliyi bu məsələyə maksimum humanist yanaşır. Lakin, bu o demək deyil ki, agentlik hansısa daşıyıcıya güzəştə gedəcək".
[left][/left]


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...