Deputat: "Belə müəllimlər və tərbiyəçilər həbs olunmalıdır”

Deputat: "Belə müəllimlər və tərbiyəçilər həbs olunmalıdır”

“Təhsil məsələləri ilə bağlı Təhsil Məcəlləsinin qəbul olunmasına ehtiyac var”.

Deputat Məlahət İbrahimqızı bunu “Təhsil haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən söylədi. Xanım deputat olimpiadada əldə olunan nailiyyətlərə görə qəbul imtahanından azad olunmanı məqsədəuyğun saymadı. Bildirdi ki, Amerika və Avropa ölkələrində belə qayda yoxdursa, biz niyə bunu tətbiq edirik?

M.İbrahimqızı məktəblilərin məktəbə mobil telefon gətirməsi ilə bağlı ciddi qaydaların tətbiq olunmasını vacib saydı.

Spikersə yeni qanunun qəbulu haqda təklifə etiraz etdi: “15 ildir bu Təhsil qanununu qəbul edə bilmirdilər. İndi birtəhər qəbul etdilər. İndi təzədən qanun qəbul etmək istəsək, ora nə yazacağıq?”

Deputat Elşən Musayev də təhsil sahəsindəki problemlərdən bəhs etdi: “Mən hər gün öz övladımın çantasını özüm aparmalıyam. Bu, çox ağır prosesdir. İldən-ilə dərsliklərin sayı artır. Belə başa düşürəm ki, kimin dərsliklərə rəy verən insanlara çıxışı varsa, danışır, həmin kitabları dərsliyə saldırır. Kimdir buna nəzarət edən? Biz qanun qəbul edəcəyiksə və qanunlara riayət olunmayacaqsa, nə nəticəsi olacaq? Elə mən bura gəlməzdən öncə təhsil nazirinin hər iki müavininə zəng etdim, iradlarımı ona bildirmək istədim, amma telefonları qaldıran olmadı”.

E.Musayev dedi ki, bu gün özəl bağçalarda çox ciddi plansızlıq var. Tədris planını kim yazır, uşaqların qidasına kim nəzarət edir, heç kimin xəbəri yoxdur: "2 min manata özəl bağçalar var, amma müəllimlərə 200 manat maaş verirlər. Bağçalar icra hakimiyyətinə veriləndən sonra belə vəziyyət yarandı. Ona görə də bu gün ən çətin məsələ hansısa bağça direktorunu tapmaqdır, nəinki naziri... Belə müəllimlər və tərbiyəçilər düşünülmədən həbs olunmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...