İmişlidə pambıq sahəsində fəhlələr zəhərlənib

İmişlidə pambıq sahəsində fəhlələr zəhərlənib

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.
“Report”un Aran bürosu xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
679 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...