İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb

İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin meyiti tapılıb. Bu barədə APA-ya həmin tələbənin yaxın qohumu Natəvan Seyidzadə məlumat verib. O bildirib ki, meyit 2 gün öncə axşam saatlarında tapılıb: “Hazırda meyitin Bakıya gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır. Yəqin ki, meyit iyunun 22-də Bakıya gətiriləcək”.

Qeyd edək ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi, 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki Albano gölündə boğulub. O, ailənin yeganə oğlan övladı idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...