İcra başçısı növbəti səyyar qəbul keçirdi - FOTOLAR

İcra başçısı növbəti səyyar qəbul keçirdi -

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi rayonun inkişafına, mövcud problemlərin vaxtında aşkarlayıb operativ surətdə həll edilməsinə öz müsbət təsirini göstərir, sakinlərin böyük razılığına səbəb olur.

Gundeminfo.az-a daxil olan məlumata əsasən belə görüşlərdən biri də iyunun 20-də rayonun Bayan kəndində keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında Bayan kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirmişdir. Qeyd etmişdir ki, ötən dövrlərdə kənddə tam müasir tələblərə cavab verən yeni məktəb binası tikilmiş, abadlıq işləri aparılmış, əhalinin içməli su və elektrik enerjisi ilə fasiləsiz təmin olunması sahəsində mövcud olan problemlər aradan qaldırılmışdır.
Əhəd Abıyev çıxışında xüsusilə vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2018-ci ildə Azərbaycanda qazlaşdırılacaq yaşayış məntəqələrinin siyahısını təsdiq edib. Həmin siyahıda Daşkəsən rayonu üzrə 2 yaşayış məntəqəsinin, o cümlədən 2 mindən çox əhalinin yaşadığı Bayan kəndinin də qazlaşdırılması nəzərdə tutulub. Kənd sakinləri ölkə Rəhbərinin bu qayğısını böyük sevinclə qarşılayıblar.
İcra başçısı növbəti səyyar qəbul keçirdi -
İcra başçısı növbəti səyyar qəbul keçirdi -

Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər kənd ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, uşaq bağçasının, kənd tam orta məktəbinin, kənd klubunun əsaslı təmir edilməsi, kəndarası yolların təmiri, işlə təmin olunma və digər məsələlər ilə bağlı olub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib.

Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
673 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...