Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkəti: “Ürəkbulanma hələ zəhərlənmə demək deyil”

Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkəti:

Tərtərdəki pambıq əkininin sifarişçisi olan “Aqrarkredit” şirkəti rayonda baş vermiş zəhərlənmə faktı ilə bağlı Modern.az-a açıqlama verib. Şirkətin direktor səlahiyyətlərini icra edən Bəhruz Camalov Modern.az-a bildirib ki, pambıq tarlasında təhlükəsizliyə riayət edilməməsilə bağlı iddialar əsassızıdır:

“Xəstəxanalara müraciət edən adamlarda ürəkbulanma kimi hallar müşahidə olunub. Bu isə zəhərlənmə demək deyil. Zəhərlənmə diaqnozu təsdiqlənəcəyi təqdirdə lazımi tədbirlər görüləcək”.

B.Camalov tarlalarda istifadə müddəti bitmiş dərmanların tətbiqinə də münasibət bildirib:

“Biz şirkət olaraq kimyəvi pereparatları qeydiyyatdan keçən, lazımi sertifikat və şəhadətnamərlər almış və uzun müddət bu sahə ilə məşğul olan “EMA” MMC şirkətindən alırıq. Bizim mütəxəssislərimiz dərmanlarla bağlı həm fermerləri, həm də sahədə işləyəcək olanları təlimatlandırırlar. Elə dərmanlar var ki, onu tətbiq etdikdən 1 gün sonra sahəyə girilməlidir, amma işçilər 5 gün sonra girib. Yəni “işçilərin sahə dərmanlanan kimi ora göndərilməsi” fikirləri doğru deyil. Biz nəticələri gözləyirik. Hazırda araşdırmalar gedir, iki mütəxəssisimiz Tərtədədir. Araşdırmalar bitdikdən sonra hansı nəticəyə gəlinəcəksə, ona uyğun da qərar veriləcək. Amma biz təhlükəsizliyə və dərmanların keyfiyyətinə cavabdehik”.

Qeyd edək ki, məhz bu ərəfədə şirkətin direktoru Zakir Əzimov ərizə yazaraq işdən ayrıldığını bəyan edib. Hazırda onun səlahiyyətlərini Bəhruz Camalov icra edir. Onun yaxın günlərdə direktor vəzifəsinə təyin olunacağı gözlənilir.
Qeyd edək ki, iyun ayı ərzində Tərtərdəki pambıq sahələrində müxtəlif vaxtlarda iki dəfə kütləvi zəhərlənmə faktı qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...